Finlandiya Rusiyanı artıq tərəfdaş kimi yox, qonşu ölkə hesab edir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Finlandiyanın Prezidenti Sauli Niinistö İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
O, Putin ilə hokkey oynayarkən çəkdirdiyi fotonu da şərh edib: “Bu, 2012-ci ildə, Rusiyaya ilk səfərim zamanı idi. Xeyr, mən daha Putinlə hokkey oynamaram”.
Niinistö həmçinin əlavə edib ki, artıq Rusiyanı tərəfdaş ölkə kimi deyil, qonşu kimi görür.
“Çünki Rusiya-Finlandiya sərhədinin uzunluğunu nəzərə alaraq, iki ölkə bir sıra məsələləri birgə həll etməlidir”, - o bildirib.
Mürtəza
Demokratikmusavat.com