Anasının qatilini 54 il sonra tapdı: film kimi cinayətin hekayəsi - FOTOLAR

 

ABŞ-ın Nyu-York şəhərində 54 il əvvəl törədilən qətl növbəti dəfə manşetlərə çıxıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, illər sonra üstü açılan cinayətdə polisi qatilə aparan proses romanlara və filmlərə mövzu olacaq qədər ajiotaj yaradıb.

Belə ki, 2003-cü ildə Nyu Yorkun şərqindəki Lonq-Aylenddəki Nassau Kontri Polis Departamentinin poçt qutusuna məktub atılıb. Həmin məktub 1968-ci ildə Lonq Aylend qəsəbəsindəki Qrin Akris Ticarət Mərkəzində törədilən cinayətdə anasını itirən qadın tərəfindən göndərilib.

Detektiv Pat Bellottinin oxuduğu məktubda Darlin Altman anasının hələ 3 yaşında olarkən qətl nəticəsində öldüyünü, lakin istintaqın bağlandığını bildirib.
Xərçənglə uzun sürən mübarizədən yorulan qətl detektivi Bellotti kağızı diqqətlə oxuduqdan sonra qadına zəng edərək əlindən gələni edəcəyini deyib. O, həmçinin söyləyib ki, işi həmkarlarına ötürməyə hazırdır.

Bellotti xəstəliyindən dolayı işi həmkarı qətl şöbəsinin rəisi Dennis Farrellə ötürmək istəsə də, dostu işlərin çoxluğundan və kadr çatışmazlığından dolayı bu təklifi rədd edib.
Bellottinin tanış olduğu cinayət işi fayllarında qətl qurbanı 23 yaşlı Dayn Kyuzikin 1968-ci ildə ayaqqabı almaq üçün “Qrin Akris Mall”a getdiyi və orada hücuma məruz qaldığı yazılıb.
Həmin gün gənc qadının evə gəlməməsindən narahat olan ailəsi ticarət mərkəzinə getdikdə onun cansız bədəni ilə qarşılaşıb.

İstintaqın yenidən başladığı günlərdə 38 yaşlı Darlin Altmanı polis bölməsinə dəvət edib. Anasının cəsədinin babası tərəfindən tapıldığını deyən Altman qadının ağzının yapışqanla bağlandığı təfərrüatını da çatdırıb.

Bellotti apardığı geniş araşdırma nəticəsində 1968-ci ildə öldürülən 23 yaşlı qadının paltarını və alt paltarını tapmağı bacarıb. Paltarlar məhkəmə-tibb laboratoriyasına göndərilib və Kyuzikin şalvarında sperma qalıqları tapılıb.
Sonrakı aylarda Bellotti 2004-cü ilin ortalarında birdən-birə yoxa çıxana qədər yeni dəlillər üzə çıxarmağa və Altmanı mütəmadi olaraq məlumatlandırmağa davam edib. 
Ömrünün son işini araşdıran Bellotti nə qədər müqavimət göstərsə də, 2005-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Bundan sonra dosyelər qəfil yoxa çıxıb və iş bağlı qalıb.

Üstündən daha 16 il keçdikdən sonra bu dəfə işi Nassau dairəsi polis idarəsindən olan detektiv Daniel Finn öz üzərinə götürüb. Finnin ən böyük şansı texnologiyanın və məlumat bankı sisteminin daha da inkişaf etdirilməsi idi.
Bellottinin tapdığı paltarlardakı sperma nümunəsini verilənlər bazası ilə müqayisə edərək, Finn yarım əsrlik sirri açmağa müvəffəq olub.

DNT profili nümunəsinin 1981-ci ildən Nyu-Cersidə həbsdə olan və silsilə qətllər törədən Riçard Kottinqemə aid olduğu üzə çıxıb.

Hazırda 75 yaşı olan və qətllərinə görə ömürlük həbs cəzası çəkən Kottinqem qurbanlarının bəzilərini parçaladığına görə "Bədən qatili" və "Tayms Meydanı Qatil" kimi də tanınır.
Üç uşaq atası olan Kottingem 1967-ci ildə başladığı silsilə qətllərdə 11 nəfəri öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib.
Beləliklə Altmanın anasının qətlinin üzəri 54 il sonra açılıb.

75 yaşlı Riçard Kottinqemməhkəmə iclasına xəstəxanadan video əlaqə vasitəsilə qoşulub


Nassau County Ali Məhkəməsinə təqdim edilən sənədlərə əsasən, Kottingem 1968-ci ildə Dayn Kyuzikin qətlinə görə keçən həftənin cümə axşamı günü mühakimə olunub.

Fidan
Demokratikmusavat.com

 

0.18932104110718