Qarabağ erməniləri Xankəndini Ermənistanla birləşdirən alternativ marşrutla və ermənilərin Laçından çıxması ilə razılaşıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Xankəndidəki qanunsuz silahlı dəstələrin başçısı Araik Arutyunyan deyib.
“Hazırda danışıqlar gedir. Bildiyimə görə, Laçın və Sus sakinləri sosial proqramlar çərçivəsində təzminat alıblar. Bütün məsələlərə baxmayaraq, biz Laçından yan keçməliyik. Ermənilərin bu yaşayış məntəqələrindən çıxarılması məsələsi bu gün müzakirə olunmayıb. Biz heç kimə deməmişik ki, Laçından çıxın. Amma soydaşlarımızın Laçında yaşamasını çətin və qeyri-mümkün hesab edirəm. Ağavano ilə bağlı danışıqlar davam edəcək”- Arutyunyan qeyd edib.
O əlavə edib ki, marşrutla bağlı Azərbaycan və Rusiyadan bir neçə təklif alıblar: “Gələcək təhlükəsizlik məsələlərinə əsaslanaraq, fikrimizcə, ən yaxşı variantı seçdik. Burada açmaq istəmədiyim sirlər var. Fikrimcə, bu, daha təhlükəsiz olacaq”.
Mürtəza
Demokratikmusavat.com