ABŞ Rusiya ilə sərhədə daha 5000 hərbçi göndərir

 

ABŞ Rusiya ilə qonşu Rumıniyaya əlavə 5000 hərbçi göndərəcək. 

Demokratikmusavat.com “Universul.net”ə istinadən xəbər verir ki, bunu Madriddə keçirilən NATO sammitində ABŞ Prezidenti Co Bayden deyib.

Nəşrin məlumatına görə, Bayden bu addımı NATO-nun Rusiyadan gözlənilən təhlükənin müdafiəsini gücləndirməsi ilə izah edib.

Bayden həmçinin onu da qeyd edib ki, ABŞ ordusunun Baltikyanı ölkələrdə rotasiyası artırılacaq və ABŞ Polşada 5-ci Ordu Korpusu üçün daimi qərargah yaradacaq.

Mürtəza
Demokratikmusavat.com

0.17356300354004