Consondan qəribə açıqlama: Putin qadın olsaydı...

 

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putin haqqında çıxışı ilə müzakirələrə səbəb olub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın ZDF telekanalına verdiyi müsahibədə gender bərabərliyi və təhsilin əhəmiyyətindən danışan Conson, güclü vəzifələrdə daha çox qadın olması lazım olduğunu vurğulayıb:

“Putin qadın olsaydı, bu açıq-aydın görünmür, amma olsaydı, düşünürəm ki, o, bu çılğın maço istilasına və zorakılığına başlamazdı. Zəhərli kişiliyin mükəmməl nümunəsini görmək istəyirsinizsə, Putinin Ukraynada etdiklərinə baxın”.

Britaniyanın müdafiə naziri Ben Volles isə “kiçik adam sindromu” olan Putinin dünyaya “maço” baxışı olduğunu müdafiə edib.

Billurə

 

0.19076299667358