Peskov və Zaxarova Britaniya Müdafiə Nazirliyinin rəhbərinə cavab verdi

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin onun haqqında dediklərinə cavab olaraq onu böhtanda ittiham edib, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə onun açıqlamasını kobud adlandırıb.

Madriddə keçirilən NATO sammiti zamanı Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Rusiya hakimiyyətinin nümayəndələrinə, o cümlədən Zaxarova və prezident Vladimir Putinə qarşı bir sıra təhqiramiz bəyanatlar verib.

“Düşünürəm ki, burada əsl problem Rusiya sisteminin bəzi dövlətləri digərlərindən daha pis hesab etməsi, onların hüquqlarına məhəl qoyulmamasıdır. Və əgər özlərinə yeni bir tarixə yazmaq istəyirlərsə, görünür, bunun yeganə yolunu - zorakılıq və işğallarda görürlər. Orada bir qadın var, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, bu komediyadır. Onun hər həftə hər kəsi nüvə bombası və ya buna bənzər bir şeylə bombalamaqla hədələyən bəyanatları var. O, əlbəttə ki, qadındır, amma..."

 

0.15892887115479