Yaponiya Şərqi Çin dənizindəki qaz yatağında yeni dəniz platformasının tikintisi ilə bağlı Çinə etiraz edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat verib. Nazirlik özünümüdafiə qüvvələrinin müvafiq tikinti işlərinin başa çatdığını təsdiqləyib.
“Çin tərəfinin Yaponiyanın dəfələrlə etirazlarına baxmayaraq, müəyyən iqtisadi zonalar və kontinental şelflərin demarkasiyası aparılmadığı bir şəraitdə Şərqi Çin dənizi akvatoriyasında birtərəfli qaydada abadlıq işləri aparması son dərəcə təəssüf doğurur”.,- deyə Yaponiya XİN bəyan edib.
Qeyd edək ki, Çin Yaponiyanın iki ölkənin iqtisadi zonalarının sərhədlərini müəyyən etmək üçün çəkdiyi xətti tanımır və onun daha çox şərqə - demək olar ki, Yaponiyanın cənubundakı Okinava adasına doğru irəliləməli olduğunu bildirir. Beynəlxalq hüquqa görə, bu qəbildən olan mübahisə iki ölkə arasında razılaşma yolu ilə həll edilə bilər.