İsrailin baş naziri Naftali Bennet qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Demokratikmusavat.com , yaxın bir neçə saat ərzində baş nazir mətbuata rəsmi açıqlama verməlidir.
Qeyd edək ki, iyunun 20-də Naftali Bennett və xarici işlər naziri Yair Lapid növbəti seçkilərə qədər koalisiya sazişi çərçivəsində Knessetin buraxılması və kabinet rəhbərinin səlahiyyətlərinin xarici işlər nazirinə verilməsi barədə razılığa gəliblər. İyunun 22-də parlament özünün buraxılması haqqında qanun layihəsinə ilkin oxunuşda səs verib.