Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.
Demokratikmusavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hər iki ölkə liderləri müntəzəm olaraq təmasdadırlar, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər.
Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub.
Ötən aylarda liderlər bir neçə dəfə telefonla da danışıblar və Ukraynadakı vəziyyəti müzakirə ediblər, regional sabitlik mövzularına toxunublar və ikitərəfli münasibətlərin gələcək inkişafının tərəfdarı olduqlarını bildiriblər.