Ukraynanın "Böyük İyirmilik" (G20) sammitində iştirakı iki əsas amildən - təhlükəsizlik vəziyyətindən və sammit iştirakçılarının tərkibindən asılı olacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski indoneziyalı həmkarı Coko Vidodo birgə brifinqdə deyib.
Zelenski, böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinin sammitdə iştirakına eyham vurub. Daha əvvəl prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, Putin də G20 sammitində iştirak etmək niyyətindədir.