NATO-nun Madriddə keçirilən sammiti tarixdə özünəməxsusluğu, Türkiyənin Alyansdakı yeri, rolu və ona verilən önəmlə yadda qalacaq.
Sammitdə əsas diqqət mərkəzində olan dövlət şübhəsiz ki, Türkiyə oldu.
Bu özünü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun əsas aparıcı ölkələrinin liderləri ilə görüşü, onların münasibəti, bədən dilində göstərir.
İndi təqdim edəcəyimiz fotolarda da bunu aydın görmək olar. Hətta ailə fotosunda belə Türkiyə Prezidenti ABŞ, Böyük Britaniya liderləri ilə yanaşı ilk sırada yer alır. Bütün bunları münasibətlərin göstəricisi hesab etmək olar.
Mürtəza
Demokratikmusavat.com