Rusiya Prezidenti Vladimir həqiqətən xəstədir, lakin onun xəstəliyi haqqında məlumat yayılan xəstəlikdən bir qədər daha mürəkkəbdir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski NBC teleknalına müsahibəsində deyib .
Onun sözlərinə görə, bu, ukraynalılara münasibətdə xəstəlikdir.
“Vladimir Putinlə nə baş verdiyini bilmirəm. Hesab edirəm ki, onların sizin dediyinizdən daha dəhşətli dərəcədə böyük xəstəliyi var və bu çox mürəkkəb xəstəlikdir. Bu, xalqımıza hörmətlə bağlı xəstəlikdir, bizim torpaqlarda törətdikləri işğal, işgəncə xəstəliyidir”, - Zelenski qeyd edib.
O vurğulayıb ki, Rusiyada təkcə Putin xəstə deyil.
“Təəssüf ki, bu, bir nəfərin məsələsi deyil. RF Prezidentinin ətrafındakı bir çox insanlar şişirdilmiş ambisiyalar, beynəlxalq hüquqa, insanlığa qarşı hörmətsizlik səbəbindən xəstədirlər. Onlar üçün bu heç nə deyil. Bu xəstəlikdir. dövlətimiz üçün təhlükəlidir”, - deyə o bildirib.
Mürtəza
Demokratikmusavat.com