Türkiyə və İsrail təhlükəsizlik orqanlarının uğurlu əməliyyatı israillilərin zərər görməsinin qarşını aldı.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennett deyib.
“Ötən həftələrdə İstanbulda və Türkiyənin digər bölgələrində İsrail vətəndaşlarını hədəf alma cəhdlərinin qarşısının alınması məqsədilə əməliyyatlar keçirən təhlükəsizlik xidmətimizə və Türkiyə xüsusi xidmət orqanlarına təşəkkür edirəm”, - deyə o bildirib.
Həmçinin, Bennett vətəndaşları ayıq-sayıq olmağa çağırıb.