Paralel.az " xəbər v ..."> Paralel.az " xəbər v ...">

Fransalı nazir Çempionlar Liqasının final oyununa görə üzr istəyib

 

Fransanın daxili işlər naziri Jerald Darmanen bütün futbol ictimaiyyətindən üzr istəyib.

Demokratikmusavat.com xəbər verir ki, fransalı nazir Çempionlar Liqasının Parisdə keçirilən “Liverpul”-“Real” (Madrid) oyununun təşkilatçılığında ciddi nöqsanlara yol verildiyini etiraf edib.

“Mən baş verənlərə görə məsuliyyət daşıyıram. Oyundan əvvəl yaşanmış insident nəticəsində xəsarət alan hər kəsdən üzr istəyirəm”, - deyə Jerald Darmanen vurğulayıb.

Xatırladaq ki, “Liverpul”un 40 minə yaxın azarkeşi saxta biletlərə görə “Stad de Frans”da təşkil edilən final oyununa düşə bilməyib.

Bundan əlavə, Parisdəki tıxac səbəbindən matç təxminən bir saata yaxın gecikib.

0.16346192359924