Kulebadan ATƏT-ə İKİ SEÇİM ŞANSI: ya məhv, ya çıxış yolu...

 

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyanın onu məhv etməsinə icazə verməyi və ya Rusiyanın qarşısını almaq üçün bir yol tapmağı seçməlidir".

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba "Twitter" səhifəsində yazıb.

“ATƏT-in 2022-ci ildə keçiriləcək illik Təhlükəsizlik Konfransındakı mesajım ondan ibarət idi ki, ATƏT seçim etməlidir: Rusiyaya ATƏT-i məhv etməyə icazə verin və ya Rusiyanın fəaliyyətini dayandırmağın yolunu tapsın. Helsinki Yekun Aktının on prinsipinə sadiqliyimiz onları məhv etməyə çalışan qəddar qüvvədən üstün olmalıdır”, - Kuleba bildirib.

Qeyd edək ki, Rusiya Federasiyası ATƏT-in Ukraynadakı layihə koordinatorunun mandatının uzadılmasına mane olub. Həmçinin martın sonunda Rusiya ATƏT-in Xüsusi Monitorinq Missiyasının Ukraynaya 2014-cü ildən mövcud olan mandatının uzadılmasına mane olub.(publika.az)

0.14958000183105