“Ukrayna prezidenti Vladimir Zelenski qərar qəbul etmir. Qərarlar Vaşinqtonda verilir və buna görə də onun fikri önəmli deyil”.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O qeyd edib ki, Conson, Şolts və Borrel kimi avropalı siyasətçilər müntəzəm olaraq Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsinin yolverilməzliyindən danışır, eyni zamanda Avropa Sülh Fondundan Kiyevə silah tədarükünün davam etdirildiyini bəyan edirlər.
Lavrov bunu “şizofreniya” hesab etdiyini deyib: “Bəli, artıq burada şizofreniya müəyyən dərəcədə özünü büruzə verir”.