Bişkek məhkəməsinin hakimi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi kobud davranışına görə məhkəmə zalından çıxarıb.
Demokratikmusavat.com xəbər verir ki, 2020-ci ilin oktyabrında Bişkekdə baş vermiş iğtişaşlarla bağlı işə baxılan məhkəmə iclasında A.Atambayev tərəflərin debatında iştirak etməkdən imtina edərək, divarı təpikləməyə başlayıb. Bundan sonra hakim prosesin müttəhimsiz davam etdirilməsinə qərar verib.
Bununla belə məhkəmə A.Atambayevə 2020-ci ilin oktyabrında kütləvi iğtişaşların təşkili işi üzrə bəraət verib. Sabiq prezident 2020-ci ilin oktyabrında Bişkekdə kütləvi iğtişaşların təşkilində təqsirli bilinməyib. Onun həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.
Xatırladaq ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstan Respublikasına rəhbərlik edib.