NASA-nın bu gün Yeni Zelandiyadan edilməsi gözlənilən Artemis Layihəsində reallaşacaq CAPSTONE adlı kosmik gəminin buraxılışının daha sonrakı bir tarixə təxirə salındığı bildirilib.
Demokratikmusavat.com xəbər verir ki, bu haqda NASA-nın bəyanatında qeyd olunub.
Bildirilib ki, komandalar hava şəraiti və texniki amilləri nəzərə alaraq növbəti buraxılış cəhdinin tarixini müəyyənləşdirəcəklər.
Aya eniş etməyəcəyi deyilən texnikanın Artemis Layihəsi çərçivəsində ekipajlı kosmik stansiyanın inşası üçün Ay orbitini tədqiq edəcəyi və əldə edilən məlumatların NASA-ya ötürüləcəyi açıqlanmışdı.