Almaniyanın Ludviqshafen şəhərində yerləşən ölkənin və dünyanın ən böyük kimya kompleksi Rusiyadan idxal olunan qazın azalması səbəbindən xammal çatışmazlığı və artan xərclərlə üzləşib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazır.
Təxminən 200 zavodu birləşdirən kompleksin rəhbər şirkəti BASF konserni müəssisəni bağlamağı düşünür.
BASF-nin baş iqtisadçısı Peter Westerheide qeyd edib ki, kompleksdə istehsalın bu həcmdə azaldılması əvvəllər müşahidə olunmayıb.
Müəssisədə qazının təxminən 60%-i elektrik enerjisi istehsalı üçün, qalan 40%-i isə ammonyak və asetilen də daxil olmaqla kimyəvi məhsulların istehsalı üçün xammal qismində istifadə olunur.