Ukrayna kəşfiyyatı Belarus ərazisindən raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edib.
Demokratikmusavat.com publika-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyunun 27-nə olan axşam hesabatında bildirib.
Volın və Polisya ərazilərində kəşfiyyat Belarus Silahlı Qüvvələrinin bölmələrinin Ukrayna ilə həmsərhəd ərazilərdə təxribat törətməsini, eləcə də Ukrayna qoşunlarının mövqelərini və xarakterini aydınlaşdırmaq üçün gücləndirilmiş kəşfiyyatı istisna etmir.
"Belarus Respublikasının ərazisindən və hava məkanından hava və raket zərbələrinin davam edəcəyi gözlənilir. Biz bir daha hava həyəcan siqnallarına məhəl qoymağa çağırırıq", - Baş Qərargah bildirib.