Dünya müharibəsinin sonuncu şahidi: 6900 km dərinlikdə tapıldı - FOTOLAR

 

ABŞ dəniz qüvvələrinin təqaüdçü zabiti Viktor Veskovo dünyanın ən dərin batan gəmisinin tapıldığını açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, Veskovo 1944-cü ilin oktyabrında Samar yaxınlığında - Filippin dənizində gedən döyüş zamanı batan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Samuel B. Roberts” esminesinin dəniz səviyyəsindən 6900 kilometr aşağıda olduğunu açıqlayıb.

Gəminin zədələndiyini, amma böyük hissəsinin salamat qaldığını deyən keçmiş zabit itən gəmini tapmağın qeyri-adi hiss olduğunu söyləyib.

“Deyə bilərik ki, qəzaya uğrayan bu gəmi müharibənin son şahidlərindəndir”, - Veskovo bildirib.

Veskovonun “Limiting Factor” adlı sualtı gəmisi tərəfindən qeydə alınan görüntülərdə gəminin gövdəsində silah və güllə izlərinin olduğu bildirilib.

ABŞ və Yaponiya donanmalarının üz-üzə gəldiyi müharibədə gəminin 224 heyətindən 89-u həlak olub. Sağ qalan 120 nəfər 50 saat qayıqlarla xilas olunmağı gözləyib. Samar döyüşü tarixin ən böyük dəniz döyüşlərindən biri kimi təsvir edilir.

Veskovonun ekspedisiyasını təşkil edən və ona rəhbərlik edən Kelvin Mürrey deyib:

“Hələ tapılmayan daha iki Amerika gəmisi var. Onların harada batmış ola biləcəyinə dair qeydlərimiz mövcuddur, amma bu, saman tayasında iynə axtarmaq kimi bir şeydir. Bununla belə. bunu edəcəyik, araşdırmalarımızı daha da artıracağıq”.

Digər tərəfdən, Veskovo keçən il ABŞ Hərbi Dəniz Qüvvələrinə aid olan “USS Johnston” gəmisini 6500 kilometr dərinlikdə tapmışdı. O, dünyanın 5 okeanının ən dərin nöqtələrini ilk ziyarət edən şəxsdir.

0.16457390785217