Moldovanın Fövqəladə Hallar Komissiyası buğda və unun ixracına qoyulan qadağanı aradan qaldırmaq barədə qərar qəbul edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin saytında bildirilib.
Qeyd edək ki, Moldovada buğda (martın 1-də tətbiq edilib) və un (martın 12-də tətbiq edilib) ixracına qoyulan qadağa ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı.