Hərbçilər 3 tona yaxın narkotik vasitə müsadirə ediblər

 

Kolumbiya Hərbi Dəniz Qüvvələri 3 ton kokain və marixuana ələ keçirərək, onların Mərkəzi Amerika ölkələrinə daşınmasına mane olub.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Dieqo Molano bildirib.

“Narkotik ticarətinə qarşı qətiyyətli mübarizə çərçivəsində Hərbi Dəniz Qüvvələrimiz Çoko və Val-del-Kauka departamentlərində 3 tona yaxın narkotik maddə ələ keçirdi. Biz Mərkəzi Amerika ölkələrinə təxminən 6 milyon doza kokain və marixuananın daşınmasının qarşısını aldıq”, - o, bildirib

Hərbi Dəniz Qüvvələri ələ keçirilən narkotiklərin qara bazarda 82 milyon dollar dəyərində olduğunu təxmin edir.

0.20722317695618