Almaniya hökuməti ölkənin hava limanlarında kadr çatışmazlığı ilə bağlı problemləri aradan qaldırmaq üçün xarici işçilər cəlb etməyi planlaşdırır.
“Demokratikmusavat.com " xəbər verir ki, bu barədə Almaniyanın əmək və sosial işlər naziri Hubertus Heil “Bild am Sonntag” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, federal hökumət xaricdən təcili ehtiyac duyulan kadrların müvəqqəti iş üçün Almaniyaya daxil olmasına icazə verməyi planlaşdırır. O, qeyd edib ki, işəgötürülənlərə tariflə müəyyən edilmiş əmək haqqı verilməli, müəyyən müddətə layiqli mənzillə təmin edilməlidirlər.
Almaniya hökumətindəki mənbələrə görə, hazırda ölkənin hava limanlarında 2000-3000 işçiyə ehtiyac var.