Baydenin Rusiyaya qarşı yeni planı

 

ABŞ Prezidenti Co Bayden G7 liderləri ilə birlikdə Rusiyadan yeni qızılın idxalına qadağa qoyulması barədə razılığa gələcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Röyters”ə adı açıqlanmayan mənbə məlumat verib.

Nəşrin mənbəsinin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi çərşənbə axşamı ölkəyə yeni Rusiya qızılının idxalını qadağan edən fərman verəcək. Məhdudiyyət Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra tətbiq edilən artıq mövcud sanksiyaları tamamlayacaq.

Qeyd edək ki, Almaniyanın sədrliyi ilə keçiriləcək G7 sammiti iyunun 26-28-də Bavariyada keçiriləcək.

0.16858196258545