Xameneinin mühafizə komandanı işdən çıxarıldı

 

İranın Ali dini lideri Seyid Əli Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, İranın ali rəhbərinin şəxsi mühafizəsinə SEPAH-ın "Vəli-ye Əmr" birləşməsinin komandanı təyinat alıb.

Qeyd edək ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı bir neçə terror qrupunun Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.

0.19421195983887