Almaniya bunun üçün Ukraynaya 1 milyard avro vəsait ayırdı

 

Almaniya hökuməti Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində maliyyə yardımı ayırıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Almaniya Ukraynaya hərbi vəziyyət dövründə prioritet sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün qrant şəklində 1 milyard avro vəsait təqdim edəcək”, - deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Qeyd edək ki, Ukrayna müharibə başlayan dönəmdən Almaniyadan 300 milyon avro dəyərində uzunmüddətli güzəştli kreditlər alıb.

0.18651008605957