Polşa ərazisində NATO döyüş qrupu yerləşdirilir

 

Polşanın Müdafiə naziri Mariuş Blaşçak ölkə ərazisində NATO döyüş qrupunu yerləşdirmək istəyini açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Polska Times” məlumat yayıb.

“Biz NATO strukturları çərçivəsində Polşada briqada qrupunun yerləşdirilməsinə çalışırıq. Necə ki, Varşava sammitində Polşada və regionda müttəfiq qoşunların iştirakı ilə batalyon döyüş qruplarının yerləşdirilməsi barədə qərarlar qəbul edilib. İndi biz Madriddə NATO-nun şərq cinahının qarşısının alınması və müdafiəsinin gücləndirilməsi elementi kimi onların potensialının daha da gücləndirilməsinə yönəlmiş qərarların qəbul edilməsini təmin etməyə çalışırıq”, - Blaşçak qeyd edib.

0.18036699295044