Türkiyədə cərrahlar kişinin mədəsində 233 müxtəlif yad cisim aşkarlayıb.
Demokratikmusavat.com bakupost-a istinadən xəbər verir ki, 35 yaşlı Burhan Demir xəstəxanaya qarnında dəhşətli ağrılarla gətirilib.
Rentgen və endoskopik müayinə zamanı pasiyentin mədəsində 233 ədəd yad cisim aşkarlanıb.
Bunlar mismar, daş, şüşə qırığı, plastik, batareya, maqnit və s. idi.
Əməliyyatı icra edən cərrah Biniçi yoğun bağırsaqda metal cisim və müxtəlif daşlar da aşkarladığını bildirib:
"Əməliyyat zamanı gördük ki, mismarlardan biri mədənin divarını deşmişdi. Biz mədədən o qədər çox cisim çıxartdıq ki, sayı-hesabı yoxdur".
Həkim deyib ki, belə hal böyük yaşlı xəstələrdə nadir görünür. Adətən uşaqlar yad cisimləri udur.
Psixi pozulmaları olan insanlar, həbsxanada yatanlar və zorakılıq qurbanları adətən bu problemdən əziyyət çəkir, onlar qida olmayan predmetləri yeyir, udur.
Tibdə buna pika xəstəliyi deyilir.