Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin öz hava məkanını uçuşlar üçün açmaqdan imtina etməsi səbəbindən iyulun 21-dək Beyruta uçuşları təxirə salıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
“Türkiyə aviasiya orqanları “Flyone Armenia”ya Türkiyə hava məkanı üzərindən Livana uçuşlar həyata keçirmək imkanı verməyib. Mövcud vəziyyətlə əlaqədar aviaşirkət iyulun 21-dək İrəvan-Beyrut-İrəvan marşrutu üzrə uçuşları təxirə salmağa məcburdur”, - deyə məlumatda bildirilir.
Şirkət qeyd edib ki, İrəvan-İstanbul-İrəvan, İrəvan-Paris-İrəvan və İrəvan-Lion-İrəvan reysləri qrafikə uyğun həyata keçirilir.
Şirkət Beyruta uçuşların bərpası ilə bağlı əlavə məlumat verəcəyini vəd edib. Sərnişinlərə uçuşların vaxtını dəyişdirmələri və ya biletin qiymətini geri almaları təklif olunur.