“Putin başa düşür ki, Ukraynadakı müharibə tükənmə müharibəsinə çevriləcək və zaman da onun xeyrinə işləyir. Ona görə də yaxın gələcəkdə nə Rusiya Federasiyasında çevriliş, nə də Putinin mövqeyində dəyişiklik baş verməyəcək”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu “rbc-ukrayna”ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
“Putinin öz məqsədi var və ona doğru rahatca irəliləyir. O, başa düşür ki, başlatdığı bu müharibə iki həftəyə bitməyəcək. Putin onu da yaxşı anlayır ki, bu, bizim anladığımız kimi, tükənmə müharibəsi olacaq. Bu baxımdan onun indiki əsas planı ərazilərimizi addım-addım ələ keçirməkdir…”-Skibitski qeyd edib.
Skibitskinin sözlərinə görə, yaxın gələcəkdə nə çevriliş, nə də onun mövqeyində dəyişiklik baş verməyəcək. Ən azı bu ilin sonuna qədər.
“Hər şey onun səhhətindəki durumdan asılı olacaq. Amma bu da təxminən 2-3 il çəkəcək. Təbii ki, bu baxımdan zaman işğalçıların əlində oynayır və onlar bunu başa düşürlər”, - deyə, o əlavə edib.
Mürtəza
Demokratikmusavat.com