Rusiya Ukrayna şəhərlərinə raket zərbəsi endirib

 

Rusiya şənbə günü səhər saatlarında Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib
İyunun 25-də Rus ordusu Ukraynanın Xarkov, Lvov, Jitomir, Nikolayev, Çerniqov, Dnepropetrovsk, Xmelinitisk vilayətlərinə çoxsaylı raket  və artileriya zərbəsi endirib.

Demokratikmusavat.com ” Ukrayna mediasına istinadən xəbər verir ki, şənbə günü  səhər saatlarından etibarən Rus ordusu havadan, qurudan və dənizdən  yuxarıda adı çəkilən ərazilər   raket və artileriyadan atəşə tutulub.

Hətta Belarus ərazisindən düşmən Jitomir şəhərinə və onun ətrafındakı  hərbi obyektlərə  24 raket atıb.  

Belarus ərazisindən  eyni zamanda Çerniqov vilayətində Desna hərbi yaşayış məntəqəsinə  20 raket atıb. Rus ordusunun atdığı raket və artileriya zərbəsi nəticəsində ölən və yaralılanlar var.

Mürtəza
Demokratikmusavat.com

0.16527318954468