Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün son tarixlər Ukraynanın müqavimətindən və Qərbin yardımından asılıdır.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu “rbc-ukrayna”ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.
“Müharibənin bitmə tarixindən danışsaq, bu, bizim müqavimətimizdən, Ukrayna Müdafiə Qüvvələrinin bacarığından, alacağımız yardımdan asılı olacaq ki, düşməni dayandıraq, onların hücumunun sürətini ləngidək və onların qarşısına qoyduğu hədəflər həyata keçməsinə mane olaq” -Skibitski deyib.
Onun sözlərinə görə, Rusiyanın məqsədi Donetsk və Luqansk vilayətlərinin bütün ərazisinə nəzarət etməkdir, bundan sonra müvafiq tədbirlərin görülməsidir. “İkinci istiqamət Xerson vilayətidir.
Onlar Xerson bölgəsini demək olar ki, tamamilə ələ keçiriblər və indi nə edəcəyini və necə davam edəcəkləri barədə “baş sındırırlar”. Birinci tarix, 11 sentyabr ola bilər? 11 sentyabrda Rusiyada vahid səsvermə günü olacaq. Məhz həmin gün “referendum” keçirilməsi məsləsi toxunula bilər, yaxud işğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsinə və ya “Xerson Xalq Respublikası” kimi kvazi-dövlət yaradılmasına, ya da ki, Krıma birləşdirilməsinə baxıla bilər”, - Skibitski bildirib.
O əlavə edib ki, hazırda Rusiyanın siyasi texnoloqları bütün bunların üzərində işləyirlər: “Onlar sosial vəziyyəti və ümumilikdə onlarla nə etmək lazım olduğunu - inteqrasiya olub-olmamağı öyrənirlər”.
Ukraynalı kəşfiyyatçı onu da əlavə edib ki, mharibənin bitməsi ilə bağlı ikinci tarix 30 dekabrdır: “İndi fəal müzakirə olunan növbəti mümkün tarix bu ilin dekabrın 30-u, Sovet İttifaqının yaradılmasının 100 illiyi gündür. Amma hadisələrin bütün gələcək inkişafı onların nə qədər uğurlu olacağından və onların planlarını həyata keçirməsinə nə qədər mane ola biləcəyimizdən asılı olacaq”.
Mürtəza
Demokratikmusavat.com