Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Evə, Avropaya” şüarı altında növbəti kütləvi aksiya keçirilir. Aksiyaçılar Baş nazirin istefasını, Milli Razılıq Hökumətinin qurulmasını tələb edirlər.
Demokratikmusavat.com xəbər verir ki, təşkilatçılar hökumətə “Bidzina İvanişvilinin hökumətini devirmək” üçün bir həftəlik vaxt verib. Digər tələb Milli Razılıq Hökumətinin yaradılamasından ibarətdir.
İyulun 3-də aksiyaçılar yenidən parlamentin binası qarşısında toplaşacaqlar və tələblər yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklər.
Mitinqdə sıravi vətəndaşlarla yanaşı, vətəndaş cəmiyyəti və müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, Tbilisidə analoji aksiya iyunun 20-də baş tutub.