ABŞ prezidenti Co Bayden və birinci xanım şəxsi təyyarənin qadağan olunmuş ərazisinə daxil olduqdan sonra Rehoboth Beach tətil evindən təxliyə edilib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “NBC News”ə ABŞ məxfi xidmətinin nümayəndəsi Entoni Quqlielmi məlumat verib.
Təyyarə səhvən uçuş məhdudiyyətlərinin tətbiq olunduğu hava zonasına düşüb. Pilot mühafizə olunan ərazi üzərində uçmaq üçün dərc edilmiş təlimatları nəzərə almayıb və tələb olunan radio kanalına qoşulmayıb.
Hadisədən dərhal sonra təyyarə mühafizə olunan hava məkanının sərhədindən çıxanadək müşayiət olunub.
Pilotun səhvi araşdırılacaq.
Prezident və onun ailəsini hər hansı bir şeyin təhdid etmədiyi dəqiqləşdirilir. Onlar artıq öz yaşayış yerlərinə qayıdıblar.
Mürtəza
Demokratikmusavat.com