Bakı Mühəndislik Universitetində bu ixtisaslara qəbul dayandırıldı

 

Bakı Mühəndislik Universitetində (BMU) növbəti tədris ili üçün iki ixtisasa qəbul dayandırılıb.

Demokratikmusavat.com xəbər verir ki, universitetdən "Report"un sorğusuna cavab olaraq qəbul planının kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqləndiyi bildirilib.

Qeyd olunub ki, BMU-nun ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb:

"Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb".

0.07818603515625