Helsinki Finlandiyanın NATO-ya üzv olmaq niyyəti ilə bağlı Ankara ilə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Türkiyə ilə danışıqlar prosesini davam etdirməyə hazırdır.
Demokratikmusavat.com bildirir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
"Türkiyənin təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri ətraflı nəzərdən keçirə bildik. Və təbii ki, biz Türkiyə ilə bu dialoqu davam etdirməyə hazırıq", - nazir bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında mövcud dialoq Finlandiyanın NATO-ya mümkün qəbulundan sonra da davam etdirilməlidir.