Corc Buşa qarşı sui-qəsdin qarşısı alındı

 

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə məlumatı "Forbes" yayıb.

Nəşrin məlumatına görə, ekstemistin İŞİD-lə əlaqəsi olduğu ehtimal edilir.

FTB terrorçunun Vatsap hesabını izləyib və onun planlarını üzə çıxarıb. Saxlanılan şəxs qətlin təşkilinə xarici ölkələrdə yaşayan 4 İraq vətəndaşını cəlb etməyi planlaşdırdığını etiraf edib.

O öz hərəkətini onunla izah edib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra minlərlə iraqlının ölümünə görə Buş məsuliyyət daşıyır.

0.16243100166321