Ərdoğan: "Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir"

 

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğuladı", - məlumatda deyilir.

0.18241190910339