Taliblər BƏƏ ilə razılığa gəldilər

 

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının nümayəndələri paytaxt da daxil olmaqla, ölkənin dörd hava limanının idarə edilməsində əməkdaşlıq haqqında BƏƏ ilə saziş imzalayıblar.

Demokratikmusavat.com xəbər verir ki, razılaşma Baş nazirin müavini vəzifəsini icra edən Əbdül Qani Bəradərin BƏƏ-yə səfərindən sonra imzalanıb. Sənədə əsasən, tərəflər Kabil, Qəndəhar, Herat və Məzari-Şərif hava limanlarının istismar şərtləri barədə razılığa gəliblər.

0.12629699707031