Zelenski Rusiya ilə danışıqlara qayıtmaq üçün şərtini açıqladı

 

Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK nəşrinə müsahibəsində deyib.

"Biz bütün ərazimizi qaytarmalıyıq, lakin bunun əvəzini ödəməliyik. Biz onu fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq", - Zelenski əlavə edib.

Zelenski Krımın və Donbasın Ukraynaya məxsus olduğunu qeyd edib, lakin o, indi əsas vəzifəni 3 ay ərzində ələ keçirilən rayonların azad edilməsində görür.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın tutduğu bütün torpaqları geri qaytarmağa qadirdir.

0.12927317619324