Binəqədi niyə sonuncu yeri tutdu? - Statistika

 

2017.12.27, 16:46

Statistika İdarəsi Bakı şəhəri üzrə 2017-ci ilin yanvar-oktyabr aylarında işçilərin orta aylıq nominal əməkhaqqına görə hesabatı açıqlayıb. Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən artıb. Göstəricilərə görə, işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,7% artaraq 782,9 manat olub.

Bu barədə Axar.az-a danışan Dövlət Statistika Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rafael Süleymanov bildirib ki, orta aylıq əməkhaqqının statistikasında hansısa rayonun aşağı göstəricisi həmin rayon ərazisindəki iş yerlərinin sayca az olması demək deyil:

“Burada heç bir bölgü aparılmır. Sadəcə, Bakı şəhəri ərazisindəki rayonlarda yerləşən müəssisələrin nəticələri yığılır və hesabat hazırlanır”.

İqtisadçı Samir Əliyev isə Bakı şəhəri ərazisindəki rayonlarda orta aylıq əməkhaqlarının dəyişməsinin səbəbini iki amillə izah edib:

“Bakı şəhəri ərazisindəki rayonlarda maaşların fərqli olması həm coğrafi şəraitdən, həm də müəssisənin və ya burada görülən işin xarakterindən asılı olaraq dəyişir. Məsələn, İT sahəsində işləyənlər 2000-3000 manat alır, amma müəllimlərin maaşı daha aşağıdır. Bu rəqəm Bakı şəhərindəki rayonlar üzrə olduğu kimi, regionlar üzrə də dəyişir. Bakıda maaşlar rayonlara nisbətən yüksək olduğu kimi, paytaxt ərazisindəki rayonlarda da coğrafi şəraitdən asılı olaraq dəyişir. Adətən bahalı, yüksək maaş verən iş yerləri mərkəzdə və mərkəzə yaxın ərazilərdə yerləşir. Mərkəzdən uzaqlaşmağa başladıqca gəlirlər də azalır. Paytaxt ərazisindəki mərkəzdən uzaq rayonlarda brend mağazalar yerləşmir, olsa-olsa supermarketlər, kiçik mağazalar var. Müxtəlif rayonlar üzrə yerləşən dövlət müəssisələri üzrə maaşların miqdarında hər hansı bir fərq olmasa da, özəl şirkətlərdə bu dəyişə bilir”.

Qeyd edək ki, ötən gün açıqlanan statistikada Bakı şəhəri üzrə ən aşağı maaş göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunub:

 

2017-ci ilin yanvar-oktyabr aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə)

2017-ci ilin yanvar-oktyabr aylarında orta aylıq nominal əmək haqqı (manat)

Bakı şəhəri - cəmi *)

695 583

782,9

o cümlədən rayonlar:

Binəqədi

43 450

430,3

Xətai

62 480

831,1

Xəzər

29 506

644,9

Qaradağ

25 198

956,8

Nərimanov

64 699

519,6

Nəsimi

152 509

614,8

Nizami

44 672

668,9

Pirallahı

7 716

1 379,6

Sabunçu

27 379

484,7

Səbail

114 171

1 490,3

Suraxanı

19 371

572,6

Yasamal

104 432

645,7

0.14862108230591