İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon yayda İspaniyanın "Barselona" komandası ilə müqavilə bağlaya bilər.
Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir. Rəhbərlik italiyalı oyunçuya əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.
Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019-cu il mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb.
Demokratikmusavat.com