Ayaz Quliyevin yeni klubu bəlli oldu

 

Rusiyanın "Spartak" klubundan ayrılan Ayaz Quliyevin yeni ünvanı bəlli olub.

Demokratikmusavat.com matc.az-a istinadən bildirir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını bu ölkənin "Rostov" komandasında davam etdirəcək.

Bu barədə "RB Sport" portalı məlumat yayıb. Ayazın azad agent kimi "Rostov"a keçəcəyi bildirilir.
 
Ayaz 2019-cu ilin yanvarından "Spartak"da çıxış edirdi. 24 yaşlı futbolçu bu mövsüm Moskva klubu ilə rəsmi oyuna çıxmayıb.
 
Quliyev daha əvvəl 2018/19 mövsümündə "Rostov"da çıxış edib.

Demokratikmusavat.com

0.12668418884277