Faiq Ələkbərli “Türk Yurdu” dərgisində Azərbaycan Türk fəlsəfəsinin problemlərindən yazıb

 

Bu günlərdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərlinin Türkiyənin tanınmış “Türk Yurdu” dərgisində məqaləsi yayımlanıb. Bu barədə www.paralel.az -a danışan filosof bildirdi ki, sözügedən məqalədə “Çağdaş Azərbaycan Türk fəlsəfsinin problemləri” (Türk Yurdu, sayı 379, mart, 2019) məqaləsində XIX- XX əsrlər Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və problemlərindən bəhs edib. F.Ələkbərliyə görə, Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yolları üç istiqamətdə inkişaf edib: 1. Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsinin davamı: sxolastik fəlsəfədən dünyəvi fəlsəfəyə, dini təfəkkürdən dünyəvi təfəkkürə dönüş; 2. Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü: avropaçılıq təsirindən radikal-inqilabçı fəlsəfəyə doğru; 3. Azərbaycanda Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları. Eyni zamanda, müəllif məqalədə “milli fəlsəfə”, “Azərbaycan Türk fəlsəfəsi”, “Azərbaycan fəlsəfəsi” anlayışlarına da aydınlıq gətirməyə çalışıb. Müəllifin fikrincə, hər bir xalqın tarixi, fəlsəfəsi, ədəbiyyatı ilk növbədə, milli fəlsəfi dərklə bağlıdır. Azərbaycan xalqının milli fəlsəfi dərkində də Azərbaycan Türk kimliyi əsas yer tutur.

Fəlsəfə doktoru Faiq Ələkbərliyə “Paralel” qəzetinin əməkdaşları olaraq yeni yaradıcılıq uğurları arzulayırıq.

(https://www.turkyurdu.com.tr/yazar-yazi.php?id=4719&fbclid=IwAR2fRvJCiNC2Z4kS4-uKv7bTQjzOK_ccZKsNZJYA6m8YRvi1JWHj4UA5lPY)

 

Şahnaz. S

0.18756604194641