Beyləqan rayon Yaşıllaşdırma İdarəsinin müdiri Əliyar Həsənov həmin vəzifəyə gəlməsi üçün icra başçısına 7 min manat rüşvət verərək təyin edildiyi bildirilir...
Nədənsə, son vaxtlar Beyləqan rayonunda aşkar olunan sosial problemlərdən, iqtisadi korrupsiyadan daha çox yazılır. Bu, kimi xoşagəlməz problemlərin mətbuata çıxarılması heç də arzuolunan hal deyil. Çünki, hər kəsə yaxşı bəllidir ki, ölkəmizdən aparılan geniş miqyaslı quruculuq, abadlıq işləri rayonlarımızda da öz təsdiqini tapmışdır. Respublikamızda görülən bütün işlər ölkə başçısının səracamından irəli gələrək həyata keçirilir. Ancaq nədənsə, Beyləqan rayonunun sosial, iqtisadi sverasında irəlləyişlər his olunmur. Beyləqandan e-qazet.org-a verilən məlumatlarda ciddi ittihamlar səsləndirilir. Həmin ciddi ittihamlardan biridə Əliyar Həsənovla bağlıdır. Yerli mənbələrdən verilən xəbərdə idarə müdirinin təmsil olunduğu sahə ilə bağlı nə idarəçilik təcrübəsi, nə də bacarığının olmadığı bildirilir. O, bu vəzifəyə gəlmək üçün icra başçısına 7 min manat rüşvət verərək təyin edilib. İşinin öhdəsindən gələ bilməyəm, ancaq rayonda havadarlarının hesabına vəzifəyə gələn Ə. Həsənov 20-yə yaxın işçinin plastik kartını cibində gəzdirdiyi bildirilir. «Həmin adamların adları işdə gedir, amma kartları Əliyar Həsənovdadır, maaşlarını o alır»-deyən mənbəmiz, onu da iddia edir ki, Beyləqan şəhəri ərazi icra nümayəndəsi Bakir Balakişiyev də ona bütün qanunazidd, korruptiv əməllərində ortaqlıq edir.
Mənbəmiz iddia edir ki, Əliyar Həsənov rayonda onun korrupsiya əməllərindən xəbərdar olan şəxslərə də aylıq “haqq” verir ki, sakit dursunlar. Ə. Həsənovun aylı ənam verdiyi şəxslərdən biridə ərazi icra nümayəndəsi Bakir Balakişiyevədir olduğu deyilir. Deyilənlərə görə, B. Balakişiyev idarə müdirinin qanunsuz əməllərini bilir, ona görə də susması üçün aylıq “haqq” alır. Yaşıllaşdırmanın müdirinin icra nümayəndəsindən çəkinəcəyi var,o istəmir ki, aralarında söz-söhbət yarana. Ə. Həsənov çalışır ki, B. Balakişiyevi vaxtı-vaxtında razı salsın, əks halda “işi”ni bitirər. Əldə etdiyimiz məlumatlarda Ə.Həsənov barəsində daha ilginc ittihamlar yer alıb. Bu məlumatlar ətraflı araşdırılaraq, nəticə barədə məlumatlar diqqətinizə çatdırılacaq.
Qeyd edək ki, Beyləqan rayonundan yerli mənbənin sayta verdiyi məlumatlardakı iddialarla bağlı qarşı tərəfin mövqeyini bilmək və oxuculara çatdırmaq istərdik.
Azerinews.org
Beyləqan Yaşıllaşdırma İdarəsinin müdiri kimlərə və nəyə görə AYLIQ RÜŞVƏT verir - İDDİA