Səhiyyə rüsvayçılığı: Mingəçevirdə həkimlər xəstə uğrynda davaya çıxdı

 

2017-ci ilin yanvarından etibarən icbari tibbi sığorta sisteminin həyata keçirildiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ilginc olay yaşanıb. Belə ki, xəstəxananın kardiologiya şöbəsinin müdiri Novruz Həsənovla şöbənin xanım həkmi arasında yaranan mübahisə sonradan davaya çevrilib. Bu zaman xanım həkm kəsici alətlə Novruz həkimin boğaz nahiyəsinə xəsarət yetirib. Xoşbəxtlikdən xəsarət elə də ciddi olmayıb. Əlbəyaxa davanın qarşısını ətrafda olan digər tibb personalı alıb.
Hadisə şahidlərinin sözlərinə görə, davaya səbəb kardioloqların xəstəni “paylaşa” bilməmələri olub. Sonucda şöbə müdiri Novruz Həsənovun xanım həmkarını təhqir etməsi xanım həkimi bu üsula əl atmasyla nəticələnib.
Olaydan qısa müddət sonra N.Həsənov məzuniyyətə çıxıb. Onu da qeyd edək ki, hadisənin təxminən bir ay öncə baş verməsinə baxmayaraq, bu haqda məlumat ictimaiyyətdən cidd-cəhdlə gizlədilib.
Xatırladaq ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə Könül Ələkbərov rəhbərlik edir. Onu da əlavə edək ki, K.Ələkbərov Mingəçevir şəhər Xəstəxanasına Gəncədən transfer olunub. Əsas vəzifəsi icbari tibbi sığorta sisteminin həyata keçirildiyi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət etməkdən ibarət olan K.Ələkbərovun təyinatından sonra xəstəxanada əməlli-başlı gestapo rejimi yaradılıb.
Ümimiyyətlə, icbari tibbi siğortanın tətbiqi ilə bağlı pilot layihənin icrasına daxil olan Mingəçevir şəhər Xəstəxanasıyla bağlı şikayətlər yetərincədir. Ötən 10 aydan artıq bir müddət ərzində Mingəçevir şəhərində gerçəkləşdirilən icbari tibbi sığortayla bağlı daha geniş araşdırmamızı növbəti yazımızda təqdim edəcəyik.(azadlıq.info)

0.24498200416565