ŞƏKİDƏ tarixi mehmanxanada nələr baş verir - ŞOK MƏLUMATLAR

 

Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər.

Tarixi

Ərazisində Böyük İpək Yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.

XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.

Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan (“İsfahan”, “Təbriz”, “Ləzgi”, “Erməni”, “Təzə Karvansara”) dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Digəri - Aşağı Karvansara.

XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, iri miqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur.

Karvansaranın planı

Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorid verir.

Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.

Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.

Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.

Hazırkı vəziyyəti

Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmaının bariz nümunəsidir.

************

Amma əfsuslar olsun ki, bu tarixi abidənin adının ləkələnməsinə rəvac verənlərdə tapılmaqdadır. Məsələ o qədər böyüyüb ki, artıq Şəki əhalisi onlara məxsus olan ərazidə bu tipli obyekt işlədilməsinin əleyhinə olduqlarını açıq şəkildə bəyan etməkdədirlər. Bakunews.az-a verilən məlumata görə, Karvansarada istirahət etmək məqsədi ilə gələn turistlərdən qanunsuz alınan pullar bura gəlmək istəyən əcnəbilərin qarşısını almaqdadır. Ən pis halın isə mehmanxanada rəsmi nigahı olmadan regionlardan gələn yüngül əxlaqlı qadınların özləri ilə yadd kəsləri bura gətirməsi mehmanxana rəhbərliyinin isə rəsmi sənət tələb etmədən onları eyni otaqlarda gecələməsinə razılıq verməsidir. Azərbaycanın dünyada tarixi məkanları qismində təqdim edilən Karvansara mehmanxanası artıq əxlaqsız yuvalarından heçnəyi ilə seçilməməkdədir. Bu mehmanxana digərlərindən fərqlənməsi daxilində əxlaqsız qadın alqı satqısını özünün etməməsidir. Amma nə fayda rəsmi nigah şəhadətnaməsini tələb etmədən turistlərlə eyni məkanda əxlaqsızlığa şərait yaratmaq priton kimi fəaliyyətin növüdür. Şəki rayonunda baş verən bu hadisələrlə bağlı sakinlər bildirir ki, dəfələrlə mehmanxana sahibindən şikayət etmələrinə baxmayaraq polis orqanları məsələyə müdaxilə etməyiblər. Mehmanxanaya təşrif buyuran turistlərin hərhansı bir nasazlığı zamanı müdaxilə edəcək nə tibbi ləvazimat nədə tibb işçisinində mövcud olmadığı bildirilməkdədir. Əcnəbilərin qəbul edilməsi qaydalarına əməl edilməməsi rayonun iqtisadi inkişafına və turuzim sektoruna böyük zərbələr vurmaqdadır- deyə etibarlı mənbə qeyd edir.

Məsələ ilə bağlı adiyyatı üzrə orqanlara media olaraq müraciət edəcəyik. 
Məsələyə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinə və o cümlədən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisinə müraciətimiz olacaqdır.

Yazıda adı keçən şəxs və ya qurumun mövqeyini dinləməyə hazırıq.

Mənbə.BakuNews.az

 
0.28112387657166