Bakcell” müştəriləri necə aldadır, müqavilə şərtlərini nə üçün pozur, balansdakı pulları necə silir?
“Bakcell” şirkəti kimi keyfiyyətsiz və gərəksiz şirkət yoxdur. Bir neçə il idi ki, redaksiya olaraq, bu şirkətin korporativ müştərisi idik. Aylıq abunəni ödəyib limitsiz danışırdıq. Bütün ödənişlər vaxtlı-vaxtında yerinə yetirilir, tərəfimizdən müqavilə şərtləri qorunurdu. Lakin şirkət keyfiyyətsiz xidmət göstərməkdə davam edirdi. İki ay öncə şirkət yeni metoda keçdi. Müqavilədə ayın sonuncu gününə kimi ödənilməli olan məbləğ ayın ortasında tələb etdi. Razılaşdıq. İndi isə ümumiyyətlə xəbərsiz-ətərsiz müqavilə şərtlərini dəyişib. Aramızda rəsmi müqavilə, müqavilə şərtləri olmasına rəğmən bizdən, yəni müştəridən xəbərsiz müqvilə şərtlərini pozublar, yeni sistemə keçiblər.Özümüzə də heç bir xəbərdarlıq məktubu, mesajı göndərməyiblər. Bakcell müştərilərini belə soyur. Bu nə xidmətdir? Bu necə münasibətdir? Özünə hörmət qoyan, imicini qoruyan hansı şirkət belə bir iş tutar? Müştərini sanki ələ salırlar, sübut etmək də mümkün deyil. Təbii ki, bununla bağlı rəsmi müraciətimiz olacaq. Amma bu şirkətin düzəlməsinə tam ümidsizik. Müştərini illərdir bu şəkildə incidən, əlavə vəsait qazanan bir şirkətə qarşı mübarizə ciddi şəkildə aparılmalıdır. Özümüzə də heç bir xəbərdarlıq məktubu, mesajı göndərməyiblər. Bakcell pul qazanmalıdır deyə, müştəriləri ələ salmalıdır? Onların balansındakı vəsaiti qanunsuz, xəbərdarlıqsız, kefi istəyən kimi mənimsəməlidir? Təqribən 1 ay öncə də mənim şəxsi nömrəmdən 38 manat pulu sildi. Bu şirkət və onun xidmətləri ilə bağlı hər kəs şikayətçidir. Balansda artıq vəsait görən kimi silir və müxtəlif bəhanələr uydururur. Rəsmi şəkildə heç bir əlaqə də saxlamaq mümkün deyil. Operatorlara bağlanmaq üçün ən azı 30 dəqiqə gözləməli olursan. Birləşdiriləndə də qaneedici heç bir cavab olmur. Nə müqavilə bilirlər, nə də müqavilədən irəli gələn xidmət.
Mənbə.cebhe.info