İki başçı, bir qadın müdirə…çarəsiz nazir

 

Xəbər verdiyimiz kimi oktyabrın 16-da Təhsil naziri Füzuli rayonunda Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edərkən qəbulda iştirak edən Aşığlı 2 kənd tam orta məktəbinin qanunsuz işdən çıxarılan keçimiş direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Fazil Əsəd Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz hərəkətlərindən, eləcə də qeyri qanuni yolla müəllimlərin işə götürməsi, məktəb direktorlarına hədə qorxu gələrək işdən uzaqlaşırması və yerlərinə qanunsuz təyinatlar aparması ilə bağlı nazirə şikayətlər edib. Mikayıl Cabbarov təhsil şöbəsinin müdiri ilə bağlı çoxsaylı şikayətləri dinlədikdən sonra yerində qərar qəbul edib. O, Xuraman Rüstəmovaya ərizəsini yazaraq işdən çıxmasını məsləhət görüb.

Xuraman Rüstəmovanın hələlik işdən çıxarılmamasının səbəbi Beyləqan icra başçısı Vaqif Abdullayevin nazirin qərarına qarşı çıxması ilə bağlı olduğunu qeyd etmişdik. İcra başçısı Rüstəmova ilə vidalaşmaq istəmir, bu səbədən təhsil naziri ilə baş-başa gəlib.

Realmedia.az-a verilən məlumata görə xanım Rüstəmova nazirə qarşı ikinci cəhbhədən də dəstək alıb. Əvvəllər Füzuli icra başçısı onunla maraqlanmadığı halda, indi Alı Alıyev də onu ciddi-cəhdlə müdafiəyə keçib. Maraqlıdır, bu iki vəzifəli şəxsin elə bir təması olmayıb əvvəl. Oktyabrın 16-sı, nazir rayona gələrkən, təhsil müdirəsi ilə başçı arasında Füzuli icra hakimiyyətinin binasında nə baş verib ki, əlaqələr belə möhkəmlənib, “əsrin müqaviləsi” bağlanıb?  Canfəşanlıqda Alı Alıyev Beyləqan icra başçısını keçib.

Beyləqan və Füzulidə Şekspir romanlarındakı proseslər getməkdə ikən Təhsil Nazirliyindən də bir xəbər yoxdur. Ola bilsin iki başçının dirənişi naziri fikrindən çəkindirib.

Mənbə.realmedia.az

0.2037661075592